“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

13:08 - 26 / 04 / 2024
“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

"SABAH.HUB İnnovasiya Mərkəzi çərçivəsində yer alan, və startap ideyaların reallaşmasına dəstək olan “SABAH.incubation” tərəfindən iki günlük "Green Hackathon" tədbiri həyata keçirilmişdir.

100-dən artıq şəxsin iştirakı ilə keçirilmiş tədbirdə “Dünyanı daha yaşıl və sağlam etmək” startap ideyalarını təqdim etmək məqsədi ilə yenilikçi gənclər, münsiflər qismində SABAH.HUB İnnovasiya Mərkəzi və partnyorların nümayəndələri çıxış etmişdir.

İlk gün, iştirakçılara çıxış mərasimi, "Kick-off" sessiyası, "Green" ideya formalaşdırılması və "Green" ideya problemlərinin həlli üçün sessiyalarında aktiv iştirak etdilər.

Hackathon prinsipinə uyğun olaraq, iştirakçılar 2 gün ərzində mentorlar və “SABAH.HUB” nümayəndələrin köməyi ilə təqdimatlara hazırlaşdılar.

Tədbirin ikinci günü formalaşmış 20-dən artıq komandalar biznes təqdimatlarını jüri qarşısında təqdim etdilər. Yarış sonunda, aşağıdakı komandalar qalib gələrək investisiya mükafatlarına layiq görülmüşdür:

• 1-ci yer - Ecoffin by Codage – 5.000 AZN dəyərində;

• 2-ci yer - Green Stone – 3.000 AZN dəyərində;

• 3-cü yer - EcoGuardians – 2.000 AZN dəyərində.

Həmçinin, 11 komanda SABAH.incubation proqramında iştirak vəsiqəsi qazandı.

Jüri üzvləri sırasında Orxan Abbasov (“SABAH.HUB”), Mübariz Şahbazlı (UNEC Startup Incubator), Tuğra Musayeva (PASHA Holding), İlham Əsgərli (SOCAR), Xeyrəddin Mehdizadə (SOCAR) kimi sektorda tanınmış şəxslər yer aldı.

Tədbirin təşkilatçısı “SABAH.incubation” olmaqla, mentor və logistika dəstəyi “UNEC Startup Incubator” Mərkəzi, Matrix Academy, Bakı Dizayn Akademiyası tərəfindən təmin edilmişdir. Media partnyoru kimi Trilogy.news fəaliyyət göstərdi.

“SABAH.incubation” tərəfindən təşkil olunan "Green Hackathon" tədbiri, startap ekosistemini gücləndirmək və daha yaşıl bir dünya üçün yenilikçi həllər yaratmaq missiyası ilə davam etdiriləcəkdir. Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi 2 ildən artıq olan fəaliyyət dövrü çərçivəsində 100-lərlə startapın inkişafına dəstək və 3000+ şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1.19 mln AZN-dən çox məbləğdə şəbəkəsində olan startapların investisiya almasına dəstək olub.

“SABAH.HUB” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin".

Reklam hüququnda

Paylaş:
358

Son xəbərlər

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar - FOTOBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56
Bütün xəbərlər